Bilik Fondu Əjdər Ağayevi təbrik etdi


Bakı Mühəndislik Universitetində (BMU) ali təhsil ocağının pedaqogika kafedrasının professoru, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Əjdər Ağayevin 80 illik yubileyi qeyd olunub.

BMU-nun akt zalında keçirilən yubiley tədbiri Əjdər Ağayevin həyatından bəhs edən filmin nümayişi ilə başlayıb.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov,  Azərbaycan Ağsaqqallar Şurasının sədri, MM-in üzvü Fəttah Heydərov,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov,  AMEA-nın Mexanika-Riyaziyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla və digər natiqlər yubilyarın elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, insani keyfiyyətlərindən bəhs edib, Əjdər Ağayevə yeni nailiyyətlər arzulayıblar.

H.Abdulla Bilik Fondunun ilk və ən fəal lektorlarından olan Ə.Ağayevə Fondun xatirə hədiyyəsini təqdim edib.

Tələbələr Əjdər Ağayevin şeirlərini və sözlərinə yazılmış mahnıları səsləndiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 27.10.2017

Son xəbərlər