Bilik Fondu Rusiya dövlət qurumlarının sertifikatını aldı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin və A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsinin həqiqi üzvlüyünü təsdiqləyən Sertifikatı təqdim edilib.

Bu rəsmi sənəd Bilik Fonduna ölkənin təhsil müəssisələrində çalışan rus dili müəllimlərinin A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin təşkil etdiyi ixtisasartırma kurslarına cəlb olunması, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının keçirilməsi, eləcə də birgə mədəni-kütləvi tədbirlərin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirmək, təhsil almaq və ya sahibkarlıqla məşğul olmaq məqsədilə Rusiyaya səfər edən ölkə vətəndaşları üçün rus dili üzrə hazırlıq kurslarının keçirilməsində təşkilatçı qismində iştirak etmək hüququ verir.

Xatırladaq ki, ötən ilin sentyabrında V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmiş Rusiya Federasiyası A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya ilə baş tutmuş işgüzar görüş çərçivəsində Bilik Fondu və İnstitut arasında imzalanmış əməkdaşlığa dair müqavilə əsasında Fondun nəzdində Rusiya Federasiyası A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzi açılmış və  onun fəaliyyətinə dair müqavilə imzalanmışdı.

Ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığının aşılanması, azərbaycançılıq məfkurəsinin mahiyyətinin və milli-mənəvi, dini dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərən Bilik FonduAzərbaycanın elminailiyyətlərinin dünyaya tanıdılması və ölkə əhalisinin elm sahəsində dünyada  baş verən yeniliklərlə tanış edilməsi məqsədilə beynəlxalq əlaqələrini genişləndirməkdədir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 

Tarix: 10.11.2017

Son xəbərlər