ELAN


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda III Beynəlxalq Şagird Konfransına məqalə qəbulu elan edir.

Konfransda iştirak etmək istəyən məktəblilər 2018-ci il martın 10-dək məqalələrini bfkonfrans@gmail.com email ünvanına göndərsinlər.

Məqalələr aşağıdakı bölmələr üzrə qəbul edilir:

•Heydər Əliyev və azərbaycançılıq;
•Azərbaycan dili və ədəbiyyatı;
•Azərbaycan mədəniyyəti və incəsənəti;
•Azərbaycan tarixi və coğrafiyası;
•Azərbaycanı tanıyaq.

Qeyd: Məqalələr 14 ölçüdə, 1,5 intervalda Times New Poman şrifti ilə yığılmalıdır.
Həcmi 5000 işarədən (3 səh. A4) az olmamalıdır.
Təşkilat Komitəsi yalnız orijinal məqalələri qəbul edəcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23, II mərtəbə 
Əlaqə telefonları: (012) 539 11 91; (012) 539 10 12;

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 15.12.2017

Son xəbərlər