Bakıda “Tolerantlıq örnəyi Azərbaycan” adlı konfrans oldu


Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlıq örnəyi Azərbaycan” adlı konfrans keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının  Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təmsilçiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların sədrləri, o cümlədən gənclər iştrak ediblər.

Tədbirdə çıxış edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev təmsil etdiyi qurumun azərbaycanlıların həyat tərzi olan tolerantlıq ənənəsinin təbliği baxımından həyata keçirdiyi layihələrdən danışıb, bu çərçivədə görülən işlərin mahiyyətini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti

 

 

Tarix: 15.11.2017

Son xəbərlər