“İslam həmrəyliyi – Azərbaycanın mənəvi mədəniyyətinin tərkib hissəsi kimi”


Azərbaycan Respublikasının prezidenti yanında Bilik Fondunun lektoru, dosent Pərvanə Məmmədlinin Türkiyənin Bandırma şəhərində İmam Hatib adına Anadolu Liseyində “İslam həmrəyliyi – Azərbaycanın mənəvi mədəniyyətinin tərkib hissəsi kimi” mövzusunda mühazirəsi keçirilib.

Tədbirdə liseyin müəllim heyəti və tələbələr iştirak ediblər. Mühazirəçi öncə Azərbaycan haqqında, ölkə prezidentinin apardığı quruculuq işləri, onun milli-mənəvi, dini dəyərlərin qorunması və təbliği sahəsində gördüyü işlərlə bağlı əhatəli məlumat verib. Tədbir iştirakçıları mövzu ilə bağlı videogörüntünü maraqla izləyiblər.

Toplantıda Liseyin müdiri Önder Turhanla yanaşı, Bandırma Edincik Ortaokulu müdiri Ahmet Obuz da iştirak edib.

Mühazirədən sonra P.Məmmədli iştirakçıların suallarını cavablandırıb və Bilik Fondunun nəşrlərini liseyə təqdim edib. Sonda Bandırma şəhərindəki İmam Hatib adına Anadolu Liseyinin müdiri Önder Turhan Bilik Fondunun xətti ilə təşkil olunan mühazirəyə görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 21.11.2017

Son xəbərlər