“Gənc jurnalistlər” Klubu Nailə İslamzadə ilə görüşdü


Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc Jurnalistlər” Klubu üzvlərinin tanınmış teleaparıcı, “Kultura plus” internet televiziyasının direktoru Nailə İslamzadə ilə ilə görüşü olub.

Görüşdə N.İslamzadə jurnalistikaya gəlişi, efir mədəniyyəti, müasir medianın inkişaf meyilləri mövzularında maraqlı fikirlər səsləndirib.

Tələbələr tanınmış jurnalistə suallar ünvanlayıb, verilən cavablar əsasında müzakirələr aparıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti

 

Tarix: 24.11.2017

Son xəbərlər