Bilik Fondunun əməkdaşları Beynəlxalq PR Yaradıcılıq Forumunun sertifikatlarını alıblar


“Proloq” İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası, Beynəlxalq PR Assosiasiyasının dəstəyi ilə 17-18 fevral tarixlərində Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçirilib.
 
 
Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları – Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Almaz Axundova, İnformasiya təminatı sektorunun məsləhətçisi Xumar Fərzəliyeva, mütəxəssisi Abbas Əliyev və Ümumi şöbənin əməkdaşı, aparıcı mütəxəssis Aynur Seyidova, iştirak edib, fəal dinləyicilər olaraq fərqləniblər.
 
 
Forumda Bilik Fondunun mətbuat katibi, baş məsləhətçi Ceyhun Musaoğlu moderator olub.
 
 
Təşkilatçılar Fondun əməkdaşlarını sertifikata layiq görüblər.
 
 
Xatırladaq ki, Forumda yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Şimali Kipr, Qazaxıstan, Rusiya, ABŞ, Niderland, İspaniya, İngiltərə, Almaniya, Çexiya, Finlandiya, Fransa, Bolqarıstan və Misirdən olan dünyaca məşhur PR kapitanları spikerlik ediblər.
 
 
Əsas məqsəd Azərbaycanın dünyada daha yaxından tanıdılmasına töhfə verməkdir. Bununla yanaşı, ictimaiyyətlə əlaqələr sahəsində çalışanların yaradıcılıq imkanlarının artırılması, təcrübə mübadiləsinin aparılması da Forumun məqsədlərindən hesab olunur.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 20.02.2018

Son xəbərlər