İlk dəfə səs verəcək gənclər üçün məlumat kitabçası


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı və Ölkədaxili layihələr sektorlarının iştirakı ilə “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk dəfə səs verəcək gənclər üçün tərtib edilmiş “Azərbaycan Respublikasının seçki qanunvericiliyi: hüququmuz, vəzifəmiz, mənəvi borcumuz” adlı məlumat kitabçası işıq üzü görmüşdür.
 
 
Azərbaycan Respublikası Milli Məclis Aparatının sektor müdiri, dosent Adil Vəliyevin tərtib etdiyi məlumat kitabçası Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Bilik Fondu Koordinasiya Şurasının Hüquqi maarifləndirmə bölməsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əli Hüseynlinin elmi redaktorluğu, Bilik Fondunun sektor müdiri, dosent Xatirə Hüseynovanın redaktorluğu ilə nəşr edilmişdir.
 
Növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə tərtib edilmiş nəşrə Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyev və Bakı Dövlət Universiteti Konstitusiya hüququ kafedrasının müdir əvəzi, hüquq üzrə fəlsəfə doktoru Elşad Nəsirov rəy vermişlər.

 

 
Tarix: 10.04.2018

Son xəbərlər