“Kosmosu mənə göstər” müsabiqəsinin qalibləri mükafatlandırıldı


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq–Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə reallaşan “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, akademiyanın müxbir üzvü Namiq Cəlilov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək, ölkəmizdə elmin inkişafı istiqamətində dövlət siyasətindən, həyata keçirilən layihələrdən danışıblar.

Sonra Bakı şəhər məktəblərində fəaliyyət göstərən RUGİM-nin Ekoklublarının üzvləri arasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş “Kosmosu mənə göstər” müsabiqəsinin videoçarxları nümayiş olunub.

Sonda müsabiqədə fərqlənən 56 məktəbliyə sertifikatlar, həmçinin Bilik Fondunun hədiyyə etdiyi kitablar təqdim olunub. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutan məktəblilər Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomu və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.

 

Tarix: 12.04.2018

Son xəbərlər