“Azərbaycan və rus şairlərinin poeziyası” mövzusunda mühazirə


Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı şəhəri Səbail rayonu Riad Əhmədov adına 203 nömrəli tam orta məktəbdə Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafiq Kaşanlının “Azərbaycan və rus şairlərinin poeziyası” mövzusunda maarifləndirici mühazirəsi keçirilib.

Məktəbin direktoru Nailə Əhmədova tədbiri giriş sözü ilə açaraq, müəllim və şagird kollektivinə mövzu ilə bağlı ətraflı məlumat verib.

R.Kaşanlı mühazirəsində məşhur şairlər - Səməd Vurğun, Cabir Novruz, Vladimir Mayakovski, Sergey Yesenin, Robert Rojdestvenski, Yevgeniy Yeftuşenkonun yaradıcılığından bəhs edib, onların şeirlərini oxuyub.

Sonda məktəbin şagirdləri Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş ədəbi kompazisiya nümayiş etdiriblər.

Tarix: 18.04.2018

Son xəbərlər