Xırdalanda “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirildi


Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının  95-ci ildönümü münasibətilə Xırdalan şəhərində  “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, ictimai təşkilatların təmsilçiləri, bölgədəki media nümayəndələri və gənclər iştirak ediblər.

Abşeron Heydər Əliyev Mərkzində keçirilən tədbiri giriş sözü ilə açan Fondun yerli nümayəndəsi Teyyubə Hüseyinova Ümummilli liderin anadan olmasının 95-ci ildönümünün rayonda geniş şəkildə qeyd edildiyini diqqətə çatdırıb.


Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin  Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda mühazirə ilə çıxış edib.

A.Məmmədli Ümummilli liderin Azərbaycan mətbuatına münasibəti, medianın inkişafındakı xidmətləri, jurnalistikaya və jurnalistlərə verdiyi dəstək barədə danışıb.

Qeyd edilib ki, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılması görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olunub, mətbuata dövlət dəstəyinin əsası qoyulub.

Fondun mətbuat katibi Ceyhun Musayev təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan tədbirlərdən söz açıb.

Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, natiqlər iştirakçıların suallarını cavablandırıblar.

Tarix: 20.04.2018

Son xəbərlər