Bilik Fondunun əməkdaşları sertifikat aldılar


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurub.
Aprelin 1-dən 23-nədək davam edən kursların dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları və könüllüləri olublar.

Kurslarda tanınmış ictimai və elm xadimləri “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”; “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”; “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”; “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”; “Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”; “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı”; “Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı” mövzularında mühazirələr oxuyublar.

Sonda dinləyicilərə sertifikatlar verilib.

Tarix: 23.04.2015

Son xəbərlər