“Cəza” monotamaşasının yaradıcı heyəti Bilik Fondunda


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun inzibati binasında “Mədəni maarifləndirmə” proqramı çərçivəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının yaradıcı heyəti ilə görüş keçirilib.
 
Psixoloji oyun dramında rolu ifa edən Əməkdar artist Kəmalə Hüseynova, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Fondda gənclərlə teatr sənəti, bədii düşüncə tərzi, estetik maariflənmənin faydaları barədə maraqlı müzakirələr aparıblar.
 
Gənc Tamaşaçılar Teatrında Bilik Fondunun təşkilatçılığı ilə “Cəza” monotamaşasına baxan əməkdaşlar və bir sıra ali məktəblərin Fondda təcrübə keçən tələbələri yaradıcı heyətlə tamaşa haqqında fikirlərini bölüşüblər.
 
Gənclər Prezident mükafatına layiq görülmüş hər iki xanımı təbrik edib və onlara Bilik Fondunun hədiyyələrini təqdim ediblər.
 
 
Azərbaycan Respubliaksının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 11.05.2018

Son xəbərlər