Bilik Fondunun sektor müdiri dissertasiya müdafiə edib, medala layiq görülüb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla mayın 16-da AMEA Tarix İnstitutunda “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr-XX əsrin 20-ci illəri)” mövzusunda dissertasiya müdafiə edib, ona tarix üzrə fəlsəfə doktoru elmi adı verilməsi barədə qərar yekdilliklə qəbul olunub. H.Abdulla 12 kitabın, o cümlədən Zəngəzurun tarixi ilə bağlı 4 kitabın, xarici ölkələrdə və respublikamızda çıxan elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin müəllifi, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, www.zengezur.com saytının təsisçi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranıdır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqində və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Hacı Abdulla Azərbaycan Respublikası Veteranlar Təşkilatının “General Əliağa Şıxlinski” Yubiley Medalına layiq görülüb. 18 may 2018-ci ildə Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov medal və Fəxri fərmanı H.Abdullaya  təqdim edib.

Təbrik edirik!

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun kollektivi

Tarix: 18.05.2018

Son xəbərlər