Prezident Kitabxanasının “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsində Bilik Fondunun aparat rəhbərinin məqaləsi yer alıb


Mayın 30-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi, akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəçilərin ixtiyarına verilib.

Elektron layihə beş fəsildən ibarətdir: “Bioqrafiya”, “Xronologiya”, “E-Kitablar”, “E-Məqalələr”, “Biblioqrafiya”. Elektron kitabxananın materialları müntəzəm olaraq yenilənir.

“E-Məqalələr” fəslinin “Haqqında” adlanan bölməsində akademikin əsərləri haqqında yazılan məqalələrin və resenziyaların elektron versiyaları öz əksini tapır.

Sözügedən bölmədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyevin “Azərbaycan multikulturalizminin təbliğinə xidmət edən sanballı əsər” mövzusunda məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanda fəlsəfi və humanitar düşüncənin düzgün məcrada inkişafına, yeni dövrün tələbi kimi cəmiyyətdə aktual nəzəri məsələlərin həllinə sanballı töhfələr vermiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə çapdan çıxmış “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının çoxmədəniyyətli dövlət olan Azərbaycanın multikulturalizm sahəsindəki siyasətinin öyrənilməsi və təbliği, eləcə də obyektiv dərki baxımından son dərəcə əhəmiyyətli olmasına diqqət çəkilir.

Tarix: 31.05.2018

Son xəbərlər