Bilik Fondu Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərini mükafatlandırdı


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilmiş III Beynəlxalq Şagird Konfransının musiqili-bədii tərtibatında fəal iştirak etdiklərinə görə Bakı şəhərinin 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri təşəkkürnamələrlə təltif olundular.

Bu münasibətlə təşkil olunan tədbirdə Mərkəzin direktoru Gülarə Quluzadə rəhbərlik etdiyi qurumun Bilik Fondu ilə birgə əməkdaşlığından məmnun olduğunu dilə gətirib. Direktor bildirib ki, istedadlı uşaqların Fond tərəfindən təşəkkürnaməyə layiq görülmələri onların həyatında və yaradıcılığında dərin iz buraxacaq.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxışında Mərkəzin üzvlərinə Fondun tədbirlərində fəali iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, III Beynəlxalq Şagird Konfransında iştirak edən xarici qonaqlar tədbirin musiqili-bədii tərtibatından böyük zövq aldıqlarını dilə gətiriblər. Onlar ölkələrinə qayıtdıqdan sonra sosial şəbəkələrdə bu barədə təəssüratlarını bölüşüb, Bilik Fonduna təşəkkür məktubu ünvanlayıblar.

C.Musaoğlu yaradıcı uşaqlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Fondun təşəkkürnamələrini onlara təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 08.06.2018

Son xəbərlər