Bilik Fondunun əməkdaşları region televiziyasının qonağı oldular


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Yevlaxda ARB Aran televiziyasının qonağı olublar.
 
Fondun baş məsləhətçisi Nüşabə Hüseynova və aparıcı məsləhətçisi Ramilə Qurbanlı televiziyanın baş redaktoru Rəna İbrahimova ilə görüşüb, Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə müfəssəl məlumat veriblər.
 
Görüşdə hər iki qurumun maarifçilik istiqamətində birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Bilik Fondunun “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin yaxın gələcəkdə Yevlaxda fəaliyyət göstərən “ARB Aran” televiziyasında da gerçəkləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
 
Əməkdaşlar televiziyanın studiyalarında iş şəraiti, texniki avadanlıqlarla tanış olublar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 21.09.2018

Son xəbərlər