“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xarici siyasəti: reallıqlar və perspektivlər”


 
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xarici siyasəti: reallıqlar və perspektivlər” mövzusunda mühazirəsi keçirilib.
 
Tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və baş məsləhətçisi Almaz Axundova, Nəsimi RİH-nin başçısının birinci müavini Gülarə Verdiyeva və rayon fəalları iştirak ediblər.
 
"Ambassador" mehmanxanasında təşkil olunan tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq, görüşün mahiyyəti barədə rayon ictimaiyyətinə məlumat verib.
 
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirdiyini, demokratik dəyərlərə yiyələnərək özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratdığını, bu gün də bu siyasətin uğurla yeridildiyini vurğulayıb.
 
Professor Elman Nəsirov mühazirəsində müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanın xarici siyasətində qazanılan uğurlardan başlayaraq, Ermənistanda baş verən son proseslərin regional təhlükəsizliyə təsirlərinə qədər bir çox mühüm əhəmiyyət kəsb edən məsələlər barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Nəsimi rayonu ərazisində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının fəallarının iştirakı ilə baş tutan tədbirin sonunda mövzu ətrafında diskussiya aparılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidmət
Tarix: 10.10.2018

Son xəbərlər