Lökbatanda “Cümhuriyyət tələbələri” filmi göstərildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 288 nömrəli tam orta məktəbdə “Cümhuriyyət dövründə təhsil” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
 
Məktəbin direktor müavini Jalə Qədirli Bilik Fondu ilə əməkdaşlığın məktəblilərin hərtərəfli inkişafında faydasından bəhs edib, maarifləndirici layihələrin səmərəli nəticələr verdiyini deyib.
 
İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Cümhuriyyət tariximizdən, bu dövrdə təhsil sahəsində aparılan islahatlardan danışıb. Mövzu ətrafında aparılan fikir mübadiləsindən sonra şagirdlərin hazırladıqları kompozisiya təqdim edilib.
 
ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filmi məktəblilərin böyük marağına səbəb olub.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 15.10.2018

Son xəbərlər