Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində tədbirlərini davam etdirir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mizan” Tələbə Dram Dərnəyinin və Fondun nəzdində fəaliyyət göstərən “Kinoklub”un üzvləri birlikdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbə-aktyorlarının ifasında tamaşa izləyiblər.

ADMİU-nin 4-cü kurs tələbələrinin diplom işi olan eyniadlı tamaşanı Ə.B.Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında xalq artisti Məmmədsəfa Qasımov səhnələşdirib.

Premyerada universitetin rektoru Ceyran Mahmudova, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, universitetin müəllim, professor və tələbə heyəti iştirak ediblər.

Tamaşadan sonra səhnə işinin müzakirəsi keçirilib.

Bilik Fondunun icraçı direktoru O.Səmədov tələbələrin ifasında ərsəyə gələn bu tamaşanın bölgələrdə fəaliyyət göstərən Bilik evlərində gənclərə nümayiş olunmasını təklif edib. Təklif Universitet rəhbərliyi tərəfindən məmnunluqla qarşılanıb. Həmçinin Bilik Fondu ilə ADMİU arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, tərəflər birgə Niyyət protokolu imzalamaq barədə razılığa gəliblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 19.10.2018

Son xəbərlər