“Sağlam ana sağlam nəsil deməkdir”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 1-31 oktyabr – Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə aylığı çərçivəsində Saatlı rayon Heydər Əliyev Mərkəzində gənc qızlar və analar üçün “Tibbi maarifləndirmə” proqramı çərçivəsində tədbir keçirilib.
 
Tədbirdə Saatlı rayon Mərkəzi Xəstəxanasının tibb bacıları, Tibb Kollecinin tələbələri və gənc analar iştirak ediblər. Saatlı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu, Bilik Fondunun yerli nümayəndəsi Mehriban Ağayeva gənclərin tibbi sahədə maarifləndirilməsinin vacibliyindən söz açıb, bu istiqamətdə bölgələrdə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
 
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Lətafət Dadaşova “Sağlam ana sağlam nəsil deməkdir” mövzusunda mühazirə ilə çıxış edib.
 
Həkim-mütəxəssis körpələrin inkişaflında ana südünün əvəzsiz faydasından, süd vəzi xərçənginin profilaktikasından, reproduktiv sistem və onun funksiyaları daxil olmaqla, cinsi yolla yoluxan infeksiyaların əlamətlərindən, onların ötürülmə yollarından, ailə planlaşdırılması və onun üsullarından bəhs edib.
 
Mühazirəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 25.10.2018

Son xəbərlər