Sağlamlıq imkanları məhdud gənclərə Cümhuriyyət tariximizlə bağlı film göstərildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində 1 nömrəli sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Direktor Rəhilə Həsrətova gənclərin yaradıcılq imkanlarının genişləndirilməsi, istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onların cəmiyyətə inteqrasiyası məqsədilə mərkəzdə müxtəlif dərnəklərin fəaliyyət göstərdiyini bildirib. Sağlamlıq imkanları məhdud gənclərin elmə, peşə təlimlərinə, yaradıcılıq növlərinə marağından danışan R.Həsrətova Bilik Fondu ilə əməkdaşlıqdan məmnunluq duyduğunu deyərək gənclərin maarifləndirilməsində Fondun rolunu qeyd edib.
 
İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova Cümhuriyyət tariximizin təbliği istiqamətində “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Fondun həyata keçirdiyi maarifləndirici layihələr haqqında məlumat verib. Sektor müdiri Azərbaycan tarixinin şərəfli səhifəsi olan Cümhuriyyət dövründən danışıb, gəncləri bu dövrü dərindən öyrənməyə çağırıb.
 
Aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Cümhuriyyət dövründə təhsil” mövzusunda məruzə ilə çıxış edərək tədbir iştirakçılarına bu dövrdə xalqın mədəni inkişafına, elm və təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verildiyini qeyd edib.
 
ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş olunub. Gənclərin marağına səbəb olan filmin nümayişindən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 29.10.2018

Son xəbərlər