Azər Turanın ahıl müəllimlərlə “İmzalı görüş”ü keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı üzrə “İmzalı görüş” layihəsi çərçivəsində Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatda tədbir keçirilib.

 
Pansionatda məskunlaşan təqaüdçü müəllimlərin xahişi ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat” qəzetinin baş redaktoru, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Azər Turanla keçirilən görüşdə “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları” mövzusunda müzakirələr aparılıb.
 
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun “İmzalı görüş” layihəsi barədə danışıb, bundan sonra da Pansionatda belə maarifləndirici görüşlərin təşkilinə hazır olduqlarını vurğulayıb.
 
A.Turan ahıl müəllimlərə XX əsrin əvvəllərinin ədəbi mühiti, böyük şairin faciəli taleyi, çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verib.
 
Müəllif “Cavidnamə” kitabını Pansionat sakinlərinə hədiyyə edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 01.11.2018

Son xəbərlər