Bilik Fondu radio və televiziya işçilərinin peşə bayramını təbrik edir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu radio və televiziya işçilərini peşə bayramları münasibəti ilə təbrik edir!

1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi səslənib. Bu hadisə Azərbaycanın ictimai və mədəni həyatında böyük bir yenilik idi.

1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Televiziya və radio jurnalistlərinə əhalinin obyektiv, dolğun məlumatlandırılması işində və dövlətçiliyimizin inkişafı yolunda şərəflə daşıdıqları maarifçilik missiyasında böyük uğurlar, yeni nailiyyətlər arzulayırıq!

Tarix: 06.11.2018

Son xəbərlər