“Azərbaycan dilini öyrənirik” layihəsinin iştirakçıları ekskursiyada


Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi üzrə Mixaylo-Arxangelski kilsəsində təlim keçən dinləyicilər Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiyaya ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Rus pravoslav kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsini həyata keçirir. Fevralın 19-dan start götürən layihəyə 200-dən artıq rusdilli dinləyici müraciət edib. Dinləyicilərə ödənişsiz olaraq Azərbaycan dili dərsləri keçilir.

Tarix: 03.05.2015

Son xəbərlər