Bilik Fondunun yerli nümayəndəsinin yeni kitabı işıq üzü görüb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bakı şəhərinin Xəzər rayonu üzrə nümayəndəsi, yerli Ziyalılar Cəmiyyətinin sədri, tarix elmləri doktoru Təvəkkül Səlimovun müəllifi olduğu “Möhtəşəm 15 il - Xəzər rayonu” adlı kitabı nəşr olunub.

Kitabda son 15 il ərzində ölkə rəhbəri cənab İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük diqqət və qayğısı nəticəsində Xəzər rayonunda aparılan quruculuq və abadlıq işlərindən, bu illər ərazində rayonda reallaşdırılan uğurlu sosial, iqtisadi və mədəni infrastruktur layihələrindən, habelə rayon sakinlərinin maddi rifah halının daha da yüksəldilməsindən bəhs edilir.

Qala, Buzovna, Şağan, Zirə, Şüvəlan, Mərdəkan, Binə, Türkan qəsəbələri haqqında ətraflı ensklopedik məqalələrin yer aldığı nəşrdə müəllifin “İrəliyə baxarkən” adlı essesi əksini tapıb.

Kitabın ideya müəllifi və baş məsləhətçisi Hacı Gülağa İslamov, redaktoru şərqşünas alim C.Muradovdur.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 13.11.2018

Son xəbərlər