Bilik Fondu 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ictimaiyyətini təbrik edir


Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd dünyada insanları bir-birinə dözümlülük nümayiş etdirməyə, sülh, mehriban münasibətlər səviyyəsində qonşular kimi yaşamağa çağırışdır.

Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının həyat tərzidir, ölkəmiz dünyada tolerantlıq nümunəsi kimi tanınır.

Azərbaycandakı müxtəlif xalqlar, konfesiyalar azərbaycançılıq məfkurəsini örnək tutaraq, sülh şəraitində, mültikultural mühitdə vahid dövlətçilik ənənələrinə sadiqlik ruhunda yaşayır.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezident İlham Əliyev 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam çərçivəsində keçirilən yerli və beynəlxalq tədbirlər Azərbaycanın multikultural dəyərlərinin mahiyyətini aydınlığı ilə göstərmiş olub.

Prezident İlham Əliyev Bakıda keçirilən  “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” Beynəlxalq Konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir. Azərbaycan həm də bu mənada güclü dövlətdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ictimaiyyətini təbrik edir.

 

Tarix: 16.11.2018

Son xəbərlər