Avropa Oyunları məşəli 7 -ci bölgəyə çatdı


Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda, Atəşgah məbədində alovlandırdığı “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin 60 regionu əhatə edəcək 48 günlük səyahəti davam edir.

Aprelin 27-də Naxçıvan Muxtar Respublikasında olan məşəl aprelin 29-da Lənkərana, mayın 2-i Astaraya, Yardımlıya, mayın 3-də Biləsuvara, mayın 4-də isə Cəlilabada gətirilib.   

Yürüş iştirakçıları bütün rayonlarda çoşqu ilə qarşılanıb, “Bakı-2015” ilk Avropa Oyunları məşəlllərinin alovlandırılması şərəfinə bayram konsertləri təşkil olunub.

Tədbirlərdə rayonların icra başçıları, millət vəkilləri, rəsmi qurumların nümayəndələri iştirak ediblər. Sakinlər ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsindən məmnun olduqlarını dilə gətirib, xalqımıza belə bayram yaşatdığına görə, ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Tarix: 04.05.2015

Son xəbərlər