Ağstafalı tələbələr Bilik Fondunun qonağı oldular


Paytaxtdakı ali məktəblərdə təhsil alan ağstafalı tələbələr Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar. Ağstafa Regional Bilik Evinin təşəbbüsü ilə gerçəkləşən görüş zamanı tələbələr Fondun icraçı direktoru Oktay Səmədov, əməkdaşları və “Gənc jurnalistlər” Klubunun üzvləri ilə görüşüblər.

Fondun proqram və layihələri çərçivəsində görülən işlər barədə qonaqlara ümumi məlumat verən icraçı direktor maarifçi qurumun ali məktəblərlə əlaqələrindən, nəzdində fəaliyyət göstərən gənclər klublarının cəlb olunduqları tədbirlərdən, Bilik evlərində açılan dərnək və kurslarda keçirilən təlimlərdən söz açıb. Bildirib ki, Fondun təşkil etdiyi konfranslara, “dəyimi masalar”a, mühazirələrə, təqdimatlara, müsabiqələrə gənclər həvəslə qatılırlar. Onlara potensiallarını göstərmək, bilik və bacarıqlarını düzgün istiqamətə yönləndirmək üçün geniş şərait yaradılır.

İcraçı direktor ağstafalı tələbələri qurumun imkanlarından faydalanmağa, digər regionlardan olan yaşıdlarını da Fondun maarifçilik missiyasına cəlb etməyə çağırıb.

Görüşdən məmnun qaldıqlarını dilə gətirən tələbələr ixtisaslarına uyğun gələn klublara yazılıb, “Gənc gurnalistlər” Klubunun üzvləri ilə fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidmət

Tarix: 18.11.2018

Son xəbərlər