Fənlərin Dostluğu Olimpiadası başlayır


Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf STEM Liseyinin birgə təşkilatçılığı ilə IX Fənlərin Dostluğu Olimpiadası keçiriləcək.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan olimpiadada Bakı, Sumqayıt, Xırdalan şəhərləri ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri iştirak edə biləcəklər. Şagirdlər olimpiadanın rəsmi elektron ünvanı www.inteqrasiya.az saytının http: //inteqrasiya.az/qeydiyyat/ bölməsində onlayn qeydiyyatdan keçməklə birinci mərhələyə buraxılacaqlar.

Məktəblilərə 2 saat ərzində 50 sualı cavablandırmaq təklif olunacaq. Qeydiyyat 2018-ci il dekabrın 13-də başa çatacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuta xidməti

Tarix: 21.11.2018

Son xəbərlər