Bilik Fondu “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda tədbir təşkil etdi


Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xalq Təbabəti Mərkəzinin terapevt həkimi Kəmalə Həsənovanın Binəqədi Rayon Gənclər və İdman İdarəsində yerli gənclər üçün tütünçəkmənin və narkotiklərin insan orqanizminə mənfi təsiri barədə “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda mühazirəsi keçirilib.
 
Binəqədi Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar şöbəsinin məsləhətçisi Şəmsi Gülverdiyev Bilik Fondu ilə birgə təşkil etdikləri tədbirlər haqqında məlumat verib.
 
Fondun məsləhətçisi Aytən Xubanova qurumun fəaliyyəti və müxtəlif sahələr üzrə həyata keçirdiyi maarifləndirici tədbirləri haqqında danışıb.
 
Çıxışlardan sonra həkimin məruzəsi dinlənilib. K.Həsənova bildirib ki, bu zərərli vərdişlərə aludəlik ürək-damar, onkoloji və digər ağır xəstəliklərin əsas risk faktorunu təşkil edir. O, gəncləri sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, zərərli vərdişlərdən uzaq olmağa, aktiv həyat tərzi keçirməyə səsləyib.
 
Tədbirin yekununda iştirakçıların sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 30.11.2018

Son xəbərlər