Bilik Fondunun əməkdaşları Bilik evlərində mühazirələr dedilər


Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Odlar Yurdu Universiteti, Hədəf STEM Liseyinin təşkilatçılığı ilə paytaxtda və bölgələrdə IX Fənlərin Dostluğu Olimpiadasının növbəti mərhələsi keçirilib.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan Olimpiadada Bakı, Sumqayıt, Xırdalan şəhərləri ilə yanaşı, Qax, Oğuz, İsmayıllı, Ağsu, Ağdaş, Astara, Tərtər, Şəmkir, Ağstafa rayonlarında və Nardaran qəsəbəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri iştirak ediblər.

Adları çəkilən rayonlarda gerçəkləşən imtahanlar Bilik Fondunun həmin bölgələrdə fəaliyyət göstərən yerli və regional Bilik evlərinin təşkilatçılığı, icra hakimiyyətlərinin dəstəyi ilə baş tutub.

İmtahanlardan öncə Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova Ağsu Blik Evində "Azərbaycan dilinin qorunmasında mütaliənin rolu", baş məsləhətçi Ceyhun Musayev Qax Bilik Evində "Milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində jurnalistikanın rolu", aparıcı məsləhətçi Elvin Hətəmov Ağstafa Regional Bilik Evində "İxtisas seçimi – gələcəyinizin təminatı kimi", məsləhətçi Aynur Tağıyeva Nardaran Bilik Evində "Təhsil dövlət siyasətinin prioritet istiqaməti kimi", məsləhətçi Abbas Əliyev Astara Bilik Evində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında mühzirələrlə çıxış ediblər.

Tarix: 17.12.2018

Son xəbərlər