Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları Bilik Fondunda


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və əməkdaşlarla görüşüblər.
 
Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Sahibkarlarla əməkdaşlıq departamentinin müdiri Nübar Hüseynli, Təlim və inkişaf şöbəsinin müdiri Namiq Zeynalov, şöbənin mütəxəssisi Məhbubə Hasilova, Bilik Fondunun sektoru müdiri Xatirə Hüseynova, baş məsləhətçi Nüşabə Hüseynova və baş mütəxəssis Elnarə Əliyeva iştirak ediblər.
 
Oktay Səmədov Bilik Fondunun maarifləndirici layihələrindən bəhs edərək “Tibbi maarifləndirmə” proqramı çərçivəsində düzgün qidalanma, sağlam həyat tərzi ilə bağlı təşkil olunan silsilə mühazirə və təlimlər barədə məlumat verib. İcraçı direktor Qida Təhlükəsizliyi İnstitutu ilə səmərəli əməkdaşlığın qurulmasının Fondun bu istiqamətdə apardığı maarifləndirmə işinin keyfiyyətini artıracağına əminliyini vurğulayıb.
 
Nübar Hüseynli təmsil etdiyi qurumun iş prinsipi barədə ətraflı məlumat verərək, sağlam nəslin yetişməsində qida təhlükəsizliyinin əhəmiyyətindən bəhs edib.
 
Sağlam qidalanma sahəsində paytaxtda və bölgələrdə intensiv maarifəndirmə işinin zəruriliyinə diqqət çəkən Namiq Zeynalov iki qurumun əməkdaşlığının ümumi işə fayda verəcəyini söyləyib.
 
Görüşdə perspektiv iş birliyinin mümkün yolları müzakirə olunub, 2019-cu il üçün birgə fəaliyyət planının hazırlanması qərara alınıb.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.12.2018

Son xəbərlər