“Fikir şənbəsi” Azərbaycan Tarixi Muzeyində keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubu bu dəfə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində toplaşıb.
Bilik Fondunun əməkdaşları Ağdam məktəbliləri və Bakının Nəsimi rayonundakı 159 nömrəli tam orta məktəbin şagird və müəllimlərindən ibarət bir qrup tariximizin təbliği məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya edib. 
Klubun üzvləri muzeydə Azərbaycan tarixi və mədəniyyətinin nümunələri – qədim geyim, zinət və məişət əşyaları, xalçalar, rəsm əsərləri, digər qiymətli eksponatlarla tanış olublar. Sonra məktəblilər arasında Azərbaycan tarixinə dair viktorina keçirilib. Sualları düzgün cavablandıran şagirdlərə Bilik Fondunun hədiyyələri təqdim edilib.
Muzeyin elmi işçisi Nardanə Yusifova məktəblilərə “Tariximiz eksponatların dili ilə” mövzusunda mühazirə deyib. Mühazirəçi iştirakçıları maraqlandıran sualları da cavablandırıb.

Tarix: 25.05.2015

Son xəbərlər