Ölkəmiz iqtisadi sahədə növbəti medalını qazandı


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silva başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycan Prezident İlham Əliyevin qəbulunda olduğu zaman sevindirici xəbər deyib. Baş direktor bildirib ki, Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyi götürüb və bu ölkələrdən yalnız 18-i buna nail olub: "Bu öhdəlikdən sonra həmin ölkələrin yoxsulluğun 5 faizdən aşağı endirilməsi hədəf götürülüb. Azərbaycan dünyada buna nail olan 29 ölkədən biridir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ilin iyununda keçirəcəyi konfransda ölkəniz bu təşkilatın xüsusi medalı ilə təltif ediləcək. Azərbaycanın əldə etdiyi bu nailiyyətlər xüsusi ilə region ölkələri üçün yaxşı nümunədir".

http://www.president.az/articles/15299

 

Tarix: 25.05.2015

Son xəbərlər