Akademik Ramiz Mehdiyevin “Nadir şah Əfşar. Diplomatik yazışmalar” kitabının təqdimatı keçirilib


Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tariximizin ilkin mənbədən öyrənilməsi baxımından kitabın əhəmiyyətindən danışıb, əsəri tarixinin təəssübünü çəkən, millətini sevən müəllifin yaratdığı mükəmməl sənət abidəsi kimi dəyərləndirib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı haqqında ətraflı məlumat verib.

Digər çıxış edənlər də tariximizin qaranlıq səhifələrinə işıq salan kitabın böyük əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd olunub ki, müəllif Nadir şah Əfşarı XVIII əsrin ən qüdrətli hökmdarlarından biri, görkəmli dövlət xadimi və mahir sərkərdə kimi səciyyələndirir, fikrini çoxsaylı mənbələrə istinad etməklə əsaslandırır.

Tarix: 27.05.2015

Son xəbərlər