Yazarlara böyük töhvə


Azərbaycanda elm və ədəbiyyat adamlarının yeni çap olunan kitabları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu tərəfindən alınaraq ölkə əhalisinin maarifləndirilməsi üçün paylanacaqdır.
 
"Kulis"in məlumatına görə, Prezident yanında Bilik Fondu bu addımı ilə kitabları Bilik Fondunun hər bir rayonda fəaliyyət göstərən nümayəndələri vasitəsilə regionlarımıza çatdıracaq, Multikulturalizm Mərkəzi isə hazırda formalaşdırmaqda olduğu kitabxanasını zənginləşdirəcək, Azərbaycan Yaradıcılıq Fondu isə bu fəaliyyəti ilə xüsusən qələm adamlarına dəstək olacaqdır. 
 
Bu qurumlar kitablarının yayılmasına dəstək göstərdiyi şəxslərin və başqa qələm sahiblərinin həm ölkəmizdə, həm də xaricdə kitablarının ictimaiyyətə tanıdılması ilə bağlı müxtəlif təqdimat tədbirləri və xüsusən Azərbaycanın gənc yazarlarının xarici ölkələrdə yaşayan gənc həmkarları ilə görüşlərini də təşkil etməyi planlaşdırır. 
 
Sözügedən qurumlar ilk mərhələdə Qan Turalının "Doqquz hekayə" kitabını satın alaraq paylamağa qərar verib. Proses digər elm adamları və yazıçıların kitablarının satın alınması ilə davam edəcək. 

Axar.az bu mövzuda növbəti xəbəri yayı. Sözügedən qurumlar Şehriyar del Geraninin "darıxmağın adı" şeirlər və esselər kitabını satın alaraq paylamağa qərar verib. 

Tarix: 03.06.2015

Son xəbərlər