Şeyxülislam Allahşükür Paşazadə və Mübariz Qurbanlı Bərdə İmamzadəsində


İyunun 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, bölgə nümayəndələri, tanınmış ilahiyyatçı alimlər Bərdə Rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə Bərdə İmamzadəsində olublar. Dövlət müşaviri, akademik Kamal Abdullayevin şəxsi təşəbbüsü, Bilik Fondunun xətti ilə burada aparılmış elmi tədqiqat və abadlaşdırma işləri ilə tanış olaraq görülən işləri yüksək dəyərləndiriblər. Hər iki qurum burada aparılan işlərə maddi, mənəvi yardım edəcəklərini bildiriblər.  

Tarix: 08.06.2015

Son xəbərlər