Beynəlxalq Yay Məktəbi iştirakçıları Bilik Fondunu təqdim edir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Könüllülər Birliyi yarandığı gündən əhalinin maarifləndirilməsində, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi fəallıq göstərir.

          Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, Bilik Fondunun Könüllülər Birliyinin sədri Vasif Hüseynzadə Yunanıstanda və Bakı Dövlət Universitetinin tələbəsi, Bilik Fondunun Könüllülər Birliyinin üzvü Pərviz Əfəndizadə Slovakiyada təşkil olunmuş Beynəlxalq Yay məktəbində iştirak etdikləri dövrdə Azərbaycanın tarixi və mədəniyyətini təbliğ etməklə yanaşı, bu gün ölkəmizdə geniş vüsət almış könüllülər hərəkatı barədə, xüsusilə də iyun ayında Bakıda keçirilmiş Birinci Avropa Oyunlarında könüllülərin fəaliyyəti haqqında yerli gənclərlə söhbətlər aparmış, təmsil etdikləri Bilik Fondunun Könüllülər Birliyinin fəaliyyəti barədə məlumat vermişlər.

         Azərbaycanlı gənclər ölkəmizin Yunanıstandakı səfiri Rəhman Mustafayevlə, Evia adasının qubernatoru, Xalkida şəhərinin meri ilə və Slovakiyadakı həmyerlərimizlə görüşlərində faydalı fikir mübadilələri aparmış, rəsmilərə Bilik Fondunun hədiyyələrini təqdim etmişlər.

 

Tarix: 28.08.2015

Son xəbərlər