Kamal Abdulla: "Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür"


«Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri bu gün çox aktualdır». Bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, Azərbaycan müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkədir. Onun sözlərinə görə,  burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür.

«Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Sosial bir hadisə olan tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir»- deyə, K.Abdullayev vurğulayıb.

 

http://sim-sim.az/news/kamal-abdulla-tolerantliq-bir-keyfiyy%C9%99tdir-h%C9%99yat-t%C9%99rzidir/

 

Tarix: 17.09.2015

Son xəbərlər