Kamal Abdulla daha bir beynəlxalq mükafat aldı


Saramaqo və Lyosanın aldığı mükafat bu il Kamal Abdullaya verildi

 

Əsərləri onlarla ölkədə çap olunan Azərbaycan yazıçısı Kamal Abdulla İtaliyada ədəbiyyat ödülünə layiq görülmüşdür. Yazarın məşhur “Yarımçıq əlyazma” romanı 2014-cü ildə İtaliyada nəşr edildikdən sonra yerli ədəbiyyat tənqidçilərinin və italyan oxucuların diqqətinini cəlb etmiş, roman haqqında italyan intellektualları və yazarları (Umberto Eko, Franko Cardini və başqaları) xoş sözlər söyləmişdir. Roman hissə-hissə “İl sole 24 ore” qəzetində çap olunmuş, Beynəlxalq Milan Kitab Sərgisində təqdimatı keçirilmiş, daha sonra İtaliyanın Mədəniyyət Nazirliyi tərəfindən roman təkrar nəşr edilmiş, yerli televiziyalarda roman ətrafında müzakirələr aparılmışdır.

Tarix: 21.09.2015

Son xəbərlər