Bilik Fondu seçki ilə bağlı maarifləndirici tədbirləri davam etdirir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı maarifləndirici tədbirləri davam etdirir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində AMEA-nın İnsan Hüquqları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Aqil Vəliyevin mühazirəsi təşkil edilib. 
AMİU-nun rektoru, professor Fərəh Əliyeva qonaqları salamlayaraq tədbirin məqsədi barədə tələbələrə məlumat verib. Qarşıdan gələn parlament seçkiləri barədə danışan rektor gəncləri öz seçki hüquqlarından fəal istifadə etməyə çağırıb. 
Sonra Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı Fondun maarifləndirici missiyasından bəhs edib. Bildirib ki, ilk dəfə səs verəcək gənclər seçkinin vətəndaş hüquqlarının başlıca təzahürlərindən biri olduğunu dərk etməlidirlər. 
AMEA-nın İnsan Hüquqları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev universitetin 1-ci kurs tələbələrinə beynəlxalq hüquq normaları səviyyəsində qəbul olunmuş müasir demokratik cəmiyyət üçün vacib dəyərlərdən biri hesab olunan seçki hüququ barədə məlumat verib. Natiq seçki prosesində bütöv ölkənin mənafeyinin nəzərdə tutulduğunu vurğulayıb. 
Mühazirədən sonra A.Vəliyev tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya Təminatı sektoru

Tarix: 21.10.2015

Son xəbərlər