“Kitabi-Dədə Qorqud”un dünya elminə tanıdılmasının 200 illiyinə həsr olunmuş simpozium


Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud”un dünya elminə tanıdılmasının 200 illiyinə həsr olunmuş simpozium işə başlayıb.

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos” və “Etnos” adlı beynəlxalq simpoziumu keçirilib.

AZƏRTAC xəbər verir ki, simpozium Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə vurğulanıb ki, beynəlxalq əhəmiyyətli simpozium Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.

Natiqlər vurğulayıb ki, ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub.

Simpoziumda dastanın tədqiqi tarixindən bəhs edən mühazirələr dinlənilib və fikir mübadiləsi aparılıb.

http://azertag.az/xeber/Bakida_Kitabi_Dede_Qorqudun_200_illiyine_hesr_olunmus_simpozium_ise_baslayib-899809

 

Tarix: 06.11.2015

Son xəbərlər