Bilik Fondunun təşkilatçılığı ilə DİA-da Bayraq Gününə həsr olunmuş tədbir keçirildi


Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Milli Konstitusiyanın 20 illiyinə və Dövlət Bayrağı Gününə həsr olunan "Dövlət suverenliyinin əsas atributları" mövzusunda elmi-praktik konfrans keçirilib.
Heydər Əliyev Mərkəzinin, Dövlət İdarəçilik Akademiyasının, Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə DİA-nın rektoru, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Urxan Ələkbərov açıb. 
Rektor Milli Konstitusiyanın və Dövlət Bayrağının qəbul olunmasını Azərbaycanın müstəqillik tarixində ən böyük hadisə adlandırıb. U.Əkbərov qeyd edib ki, hər bir azərbaycanlı Konstitusiyanı və Bayrağı göz bəbəyi kimi qorumalıdır. 
Konfransda Heydər Əliyev Mərkəzi Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru, Məhəbbət Mehdiyeva, Konstitusiya Məhkəməsinin Konstitusiya hüquqi şöbəsinin müdiri Dürdanə Məmmədova, DİA-nın kafedra müdirləri Fəxrəddin Nağıyev, Oruc Məmmədov, Konstitusiya Məhkəməsinin hakimləri Rövşən İsmayılov, Kamran Şəfiyev, Akademiyanın tələbəsi Lalə Darçınova və Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev çıxış ediblər. 
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev çıxışında təmsil etdiyi qurumun dövlət atributlarının təbliği istiqamətində həyata keçirdiyi layihələrindən söz açıb.

Tarix: 06.11.2015

Son xəbərlər