Turizm və otelçilik ixtisası alan tələbələr üçün mühazirə təşkil olundu


Bilik Fondu Azərbaycan Turizm və Menecment Universitetində Misir Mədəniyyət və Təhsil Əlaqələri mərkəzinin müdiri Əhməd Elaydinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə görüşünü təşkil edib. 
“Azərbaycan – Misir mədəni əlaqələrinin dünəni, bu günü və gələcəyi” mövzusunda tələbələrə mühazirə deyən Ə.Elaydi ölkələrimiz arasında qurulan dostluq münasibətlərinin dərin köklərindən söhbət açıb. 
Misirin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladan mühazirəçi Bakida fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri mərkəzinin gördüyü işlərdən danışıb. 
Misirin təhsil ocaqlarında turizm sahəsində tədrisin özünəməxsusluğundan bəhs edən Ə.Elaydi ölkəsinin turizm potensialı, həmçinin turizm ənənələrindən danışıb, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 11.11.2015

Son xəbərlər