Nobel mükafatçısı Azərbaycan elminə belə qiymət verdi


Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.Yığıncaqda çıxış edən Nobel mükafatı laureatı, professor Corc Ficerald SMUT Azərbaycan Milli Elmlər Akademiyasının tarixi, elmi fəaliyyəti və alimləri haqqında kifayət qədər məlumatlı olduğunu deyib. Qonaq Azərbaycan alimlərinin fizika və biofizika sahəsində araşdırmalarının, ölkəmizin kosmik sənayeyə yiyələnməsinin dünyanın elmi ictimaiyyətinin diqqət mərkəzində olduğunu vurğulayıb.

- Fizika sahəsində böyük işlər aparılıb. Materialların hazırlanması işində araşdırmalar çoxdur. Bu halda yeni materialların, yeni sensorların və istifadə edəcəyimiz cihazların istehsalı xüsusi əhəmiyyət kəsb edir. Lakin bir çox digər sahələr də var. Onları qeyd etmirəm. Biofizika elmini xüsusilə vurğulamalıyam. Eyni zamanda, fizika və biofizika hesablama üsullarını qeyd etmək lazımdır. Bu gün kompyuterlərin gücü demək olar ki, elmin bütün sahələrində hiss olunur və elmin inkişafı üçün böyük imkanlar açır. Elmin bir çox sahələri var ki, yeni yaranır. Onlar isə, öz növbəsində, texnologiya və iqtisadiyyatda dəyişikliklərdən irəli gəlir. Prezident Əliyev bunları çıxışında qeyd etdi.

Corc Ficerald Smut elmi kadrların yetişdirilməsində Azərbaycan Milli Elmlər Akademiyasının səmərəli işinə toxundu, Akademiyada magistr kurslarının təşkilini təqdirəlayiq hal kimi dəyərləndirdi.

Daha sonra görkəmli alim səhiyyəni siyasi, iqtisadi və sosial xarakterli məsələ kimi səciyyələndirdi.

Dünyada müxtəlif xəstəliklərə qarşı mübarizədə tibb elminin son nailiyyətlərindən danışan Corc Ficerald Smut Azərbaycanda insan sağlamlığına göstərilən qayğıdan da söhbət açdı. Ölkəmizdə bəzi xəstəliklərin qarşısının alınması istiqamətində görülən tədbirləri mühüm nailiyyət kimi dəyərləndirən qonaq bildirib:

-Qeyri-keçici xəstəliklər deyildikdə diabet, qan dövranı, ürək-damar problemləri nəzərdə tutulur. Yəni, bu xəstəliklər bir insandan digər insana keçmir, daha çox həyat tərzi, həyat şəraiti ilə bağlıdır, keçici xəstəliklərdən, vərəm xəstəliyi kimi bəlalardan fərqlidir. Azərbaycanda bu xəstəliklərin qarşısı alınır. Bu ölkədə keçici xəstəliklər ciddi şəkildə müşahidə edilmir.

Nobel mükafatı laureatı təbabətdə nanotexnologiyanın tətbiqi sahəsində dünya elminin araşdırmaları və son nailiyyətləri barədə də məlumat verərək deyib:

-Monitorda digər bir nümunə görürsünüz. Burada hesablama üsulları, insan biliyi və texnologiyanın bir yerdə istifadəsi nümunəsi verilir. Bu nümunədə cərrahiyə əməliyyatı real və ya virtual xəstə üzərində aparılır. Bu üsuldan istifadə edərək, cərrahlarınızı təlimlərdən keçirə bilərsiniz. Daha təkmil üsullarla robot əlləri həmin əməliyyatı aparır. Həkimlər və tibb heyəti üçün təkmilləşdirmə kursları sayəsində nəticələr daha böyük ola bilər. İnsan orqanizmi daxilində vəziyyət tam təkmil şəkildə görünür. Kiçik dəlik açılır, orqanizmə aparat daxil edilir və əməliyyat aparılır.

Bu nümunədə fizika və biofizikanın nailiyyətlərinin tibb sahəsinə yardım etməsini göstərməyə çalışacağam. Burada söhbət tibbi və bioloji sistemlərdə istifadə olunacaq yeni materiallardan və nanohissəciklərdən gedir. Həmin materiallar burada müxtəlif məqsədlər üçün istifadə oluna bilər. İnsan sümüklərinə nanohissəciklərin daxil edilməsi, yaxud nanohissəciklərdən hazırlanmış dərmanlar tətbiq edilə bilər.

 

http://president.az/articles/16703

 

Nobel mükafatçısı AZərbaycan elmnə belə qiymət verdi

Tarix: 11.11.2015

Son xəbərlər