Ümumrusiya Azərbaycanlıları Konqresində “Kitabi-Dədə Qorqud” mövzusunda dəyirmi masa


10 noyabr tarixində Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə Rusiyanın paytaxtı Moskva şəhərində “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmiş, Konqresin icraçı direktoru İlqar Hacıyevin, müşaviri Manaf Ağayevin, Moskva Dövlət Linqvistik Universitetin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Bella Musayevanın, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırovun və ÜAK Bazar günü məktəbinin Azərbaycan dili müəllimi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektoru Zərifə Kərimovanın məruzələri dinlənilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun Rusiya bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri, tarixçi alimlər və filoloqlar, gənc tədqiqatçılar və tələbələr, diaspora təmsilçiləri iştirak etmişlər.

Dəyirmi masa barədə məlumat "Əlyazmalar yanmır" başlığı altında "Azərbaycan Konqresi" qəzetinin 13 noyabr 2015-ci il tarixli buraxılışında dərc olunmuşdur. 

Tarix: 10.11.2015

Son xəbərlər