Bilik Fondunun aparat rəhbəri AzTV-nin “Səhər” musiqi-informasiya proqramında


20 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə UNESCO-nun təsis etdiyi Dünya Fəlsəfə Günü münasibətilə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “Müasir dövrdə fəlsəfənin statusu və tədrisinin problemləri” mövzusunda Beynəlxalq Elmi Konfransa dəvət olunmuş Fransanın Sofiya Antipolis Universitetinin departament rəhbəri Kristian Vallar və fakültə dekanı Filip Riher AzTV-nin “Səhər” musiqi-informasiya proqramında çıxış etmiş, konfrans barədə öz təəssüratlarını bölüşmüşlər. Verilişdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Xarici əlaqələr şöbəsinin müdiri, professor Zöhra Əliyeva və Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev iştirak etmişlər.

Tarix: 20.11.2015

Son xəbərlər