“Unutmağa kimsə yox...” rus dilində


Yazıçı Kamal Abdullanın 2011-ci ildə “Qanun” nəşriyyatında çap olunmuş “Unutmağa kimsə yox...” romanı bu dəfə yenidən həmin nəşriyyatda rus dilində işıq üzü görüb. Kitab rus dilinə məhşur yazıçı-tərcüməçi Lyudmila Lavrova tərəfindən tərcümə olunub.

Romanın qəhrəmanı gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini, xəzinənin yerini  yox, bir sevgi məktubunu deşifrə edir.

Paralel dünyalar, möhtəşəm Ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı, romanın sujetilə paralel addımlayan yunan miflərində qaldırılan problemlərin özünəməxsus həlli… bütün bunlar əsər boyu ilk baxışda sadə görünən hadisənin fonunda canlanır və oxucunu öz ağuşuna alaraq aparır.

Roman ilk dəfə çap olunanda Azərbaycan ədəbi mühitində geniş müzakirələrə səbəb oldu. “Unutmağa kimsə yox...” haqda müxtəlif fikirlər, müzakirələr bu gün də davam etməkdədir.

İnanırıq ki, rusdilli oxucular Kamal Abdullanın bu romanı vasitəsilə Azərbaycan ədəbiyyatının təzə bir qatını kəşf edəcək, özlərinin də sakininə çevriləcəyi yeni bir mifopoetik aləmə səyahət edəcəklər.

Tarix: 01.12.2015

Son xəbərlər