Bilik Fondu Nardaran məktəblilərinin qonağı olub


Bilik Fondu Beynəlxalq Şagird Konfransının iştirakçıları olan Nardaran məktəblilərini təltif edib. 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və aparat rəhbəri İsaxan Vəliyev Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə olublar. 
Məktəbin müəllim və şagird kollektivinə Bilik Fondunun həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verilib. Fondun rəsmiləri tədbir iştirakçılarına yaxın gələcəkdə qəsəbədə Bilik Evinin fəaliyyətə başlayacağını bildiriblər. 
Fondun fəaliyyətini yaxından izlədiyini vurğulayan direktor Dilarə Cəbrayılova şagirdlərin “Qardaşlaşmış məktəblər” layihəsində iştirak etmək arzusunda olduqlarını dilə gətirib. Görüşdə müəllimlər və şagirdlər maraqlı təkliflər irəli sürüblər, Nardaran məktəblilərinin Fondun layihələrində yaxından iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. 
Sonda Bilik Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Şagird Konfransının iştirakçıları olan məktəblilərə təşəkkürnamələr təqdim edilib.
Nardaran məktəbliləri dekabr ayında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Bilik Fondunun təşkilatçılığı ilə keçirilmiş “Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits–200” Beynəlxalq Şagird Konfransında fəal iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 15.01.2016

Son xəbərlər